YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ ötən illər ərzində Azərbaycanla qurulmuş güclü əlaqələri davam etdirmək istəyir

ABŞ Azərbaycanla 20 ildən artıq tarixə malik əməkdaşlığı yüksək qiymətləndirir. Rəsmi Vaşinqton ötən illər ərzində qurulmuş güclü əlaqələri davam etdirmək istəyir.
Bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nuland fevralın 17-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Viktoriya Nuland bildirib ki, ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq mövcuddur. Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstanda və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq. Bununla yanaşı, ABŞ http://az.apa.az/tag/M%C3%BCdafi%C9%99+NazirliyiMüdafiə Nazirliyinin, Avropa Komandanlığının nümayəndələri, http://az.apa.az/tag/M%C3%BCdafi%C9%99+NazirliyiMüdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də Azərbaycana gəlib. Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin gücləndirilməsi sahəsində müzakirələr aparılır.
Dövlət katibinin müavini qeyd edib ki, ölkələrimiz arasında enerji sahəsində görülən işlər çox yaxşı səviyyədədir. Biz əlavə işlər görməyə, layihələr həyata keçirməyə çalışırıq. Ölkələrimizin birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. Hazırda “Cənub” qaz dəhlizinin reallaşması istiqamətində birgə çalışırıq. Bu, yalnız Azərbaycan deyil, eyni zamanda, Avropada indiyə qədər yalnız bir mənbədən asılı olan bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir.
Hökumətlə vətəndaş cəmiyyəti arasındakı dialoqun əhəmiyyətini vurğulayan V.Nuland bildirib ki, belə təmasların qurulması gələcək baxımından çox vacibdir. ABŞ Azərbaycanda hökumətlə vətəndaş cəmiyyəti arasında bu cür təşəbbüsləri və dialoqları 20 ildən artıqdır ki, dəstəkləyir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət katibinin müavini son vaxtlar qoşunların təmas xəttində gərginliyin artmasının narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Ermənistan silahlı qüvvələrinin girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı suala cavabında Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Ermənistan humanitar jest olaraq girovları geri qaytarmalıdır. V.Nuland girovların azad edilməsi məsələsini Ermənistana səfəri zamanı da qaldıracağını bildirib.