YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: «Cənub» qaz dəhlizi layihəsi Azərbaycanın Avropa üçün bir töhfəsidir

«Cənub» qaz dəhlizi layihəsi Azərbaycanın Avropa üçün bir töhfəsidir. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, Bakıda layihədə iştirak edən dövlətlərin rəsmi nümayəndələrinin toplantısı  «Cənub» qaz dəhlizinin önəmindən xəbər verir.

«TANAP və TAP layihəsi Azərbaycan dövlətinin iradəsi nəticəsində reallaşır. Azərbaycanın Türkiyə ilə birlikdə bu layihəni reallaşdırması regionda proseslərə təsir imkanımızı da artırır. Doğrudur, layihənin həyata vəsiqə almasına mane olan qüvvələr çox idi. Amma bütün bunların fonunda Azərbaycan qətiyyət nümayiş etdirərək bütün maneələri dəf etdi. Artıq ölkəmiz dünya üçün etibarlı tərəfdaş olmaqla yanaşı, beynəlxalq müstəvidə söz sahibidir»- deyə, komitə üzvü qeyd edib.