YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Ermənistan məğlubiyyətini hələ də həzm edə bilmir

“44 günlük Vətən müharibəsində uduzan Ermənistan məğlubiyyətini hələ də həzm edə bilmir. Belə olan halda, təxribatlara əl atır. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda maraqlarını reallaşdırmağa çalışan qızışdırıcı qüvvələrin də bu təxribatlarda rolu var”.

Bu barədə “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Qaragöl ərazisində, Kəlbəcər istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, ermənilərin Azərbaycanla hesablaşmaqdan başqa variantı yoxdur.

Erməni cəmiyyətinin lənətlənmiş və zəhərlənmiş etnos olduğunu deyən Fəzail Ağamalı bildirib ki, parlament seçkisi ərəfəsində Ermənistanda iki qüvvə arasında çox ciddi qarşıdurma yaşanır: “Biri qərbyönümlü Paşinyan. Hansı ki, bu gün Fransaya səfər edib. Eyni zamanda, Avropa İttifaqı rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Digəri isə Rusiyaya meyl edən Köçəryan. Əslində Paşinyan erməni cəmiyyətinə mesaj verir ki, mən inkişaf etmiş Avropaya üz tutmuşam. Rusiya isə Köçəryanın arxasındadır. Yəni bir Köçəryanın arxalandığı qüvvəyə baxın, bir də mənim və seçimizini edin. Qısası, mübarizə Rusiya ilə Qərb arasında gedir və mənə elə gəlir, bu parlament seçkisində heç bir qüvvə çox mandat əldə edib hakimiyyəti qura bilməyəcək”.

Fəzail Ağamalı ermənilərin hər zaman idarə olunduqlarını deyib: “ Erməni xalqının olmayan tarixi göstərir ki, onlar bir qayda olaraq həmişə iri dövlətlərin, imperiyaların əlinin altında vasitəçi olublar. Onlar dünyaya göz açandan ölənə qədər “türk düşməndir” düşüncəsi ilə yaşayan, fürsət düşdükcə içlərində olan nifrəti, kini bu və ya digər şəkildə tökmək üçün addımlar atırlar. 44 günlük müharibə Ermənistanı çökdürdü. Onsuz da ağır durumda olan işğalçı dövlət bizim müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizdən ağır, sarsıdıcı zərbə aldı. İllər uzunu özünü ali irqə məxsus təqdim edən, dünya miqyasında mifologiya, əfsanə ilə yaşayıb özünü böyük, yenilməz xalq kimi nümayiş etdirməyə çalışan ermənilərin 44 gün ərzində mifləri darmadağın edildi. Əslində onların nə qədər zəif, zəlil, məğlubiyyətini etiraf etməyən, aciz zümrə olduğunu Azərbaycan ordusu ortaya çıxardı”.

 

DİGƏR Xəbərlər Arxiv