YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirildi

Müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatında qurbanlar kəsildi və Səbail rayonu ərazisində xüsusi qayğıya ehtiyacı olan 101 ailəyə, o cümlədən Vətən müharibəsi Şəhidlərinin və qazilərinin ailələrinə, Birinci Qarabağ müharibəsinin Şəhid ailələri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırıldı.

Sosial aksiya çərçivəsində rayon partiya təşkilatının fəal gəncləri Səbail rayonunun Şəhidlərinin və qazilərinin ailələrini ziyarət etdilər, ailə üzvlərinin gündəlik qayğıları ilə maraqlandılar. Həmçinin, Səbail rayonunun Birinci Qarabağ müharibəsinin Şəhid ailələri və veteranları ilə görüşlər təşkil olundu. Tənha ahıllar, xəstələr, kimsəsizlər, eləcə də Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələr, əlil vətəndaşlar evlərində ziyarət olundu və onlara qurban payları çatdırıldı.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.