YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Elman Nəsirov növbəti dəfə  68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Gülməmmədli kənd şəhidləri Cavid Paşayevin, Mürtəza Qasımovun, Babalı kənd şəhidi Fərid Quliyevin, Pərdi kənd şəhidi Camal Əliyevin, Qarğılı kənd şəhidləri Fərid Teymurovun, Kamran Mirzəyevin, Novruzallı kənd şəhidi Rəvan Məmmədovun ailələrini və məzarlarını ziyarət etmişdir.

Elman Nəsirov  şəhid ailələrininin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir.

Milli Məclisin deputatı şəhid ailələrinin problemlərini dinləmiş, bəzi məsələlər yerində öz həllini tapmış, digər məsələlərin  həll olunması istiqamətində addımlar atacağına söz vermişdir.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.