YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Bu mədəni tədbir olmaqla yanaşı Qarabağa qayıdışımızın başlanğıcıdır

“Şuşada sonuncu dəfə təxminən 10 yaşımda olmuşdum. Xeyli müddətdən sonra qalib ölkənin vətəndaşı olaraq yenidən Şuşaya qayıtmaq qürurverici idi”.

Bu fikirləri Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalında iştirak edən Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni TV”-nin canlı yayımında deyib.

O bildirib ki, Şuşa bizim mədəniyyət mərkəzimiz olmaqla bərabər həm də qürur mənbəyimizdir: “Şuşada olan zaman hər birimiz fərqli hisslər keçirdik. “Xarıbülbül” festivalı kifayət qədər yüksək səviyyədə təşkil olunmuşdu. “Xarıbülbül” festivalı Azərbaycan Prezidentinin göstərişi, tapşırığı ilə ərsəyə gələn tədbir idi. Azərbaycanda yaşayan fərqli xalqların nümayəndələrinin festivalda çıxışı ondan xəbər verir ki, Azərbaycan multikultural dəyərlərə önəm verən ölkədir. Şuşaya qayıdış Qarabağa qayıdış anlamına gəlir. Bu mədəni tədbir olmaqla yanaşı Qarabağa qayıdışımızın başlanğıcıdır”.

Vüqar Bayramov Şuşanın Azərbaycan üçün çox önəmli olduğunu bir daha xatırladıb: “Belə bir deyim var. Şuşaya nəzarət edən, sahib olan Qarabağa sahib olur. Şuşanın tarixi, strateji əhəmiyyəti yalnız coğrafi baxımdan deyil. Siyasi baxımdan önəmi həm də odur ki, Şuşa zəfəri Qarabağa qayıdış baxımdan çox vacib zəfərlərdən idi. Son illərdə Azərbaycan iqtisadiyyatının inkişafı da zəfərimizin əldə olunmasında xüsusi rola malik oldu. İqtisadiyyatın güclü olması ölkənin hərbi, siyasi baxımdan güclü olması üçün zəmin yaradır. Aparılan siyasət, həyata keçirilən islahatlar qələbəni təmin edən əsas amillərdən biridir. Növbəti mərhələ quruculuq, bərpadır. Biz qısa zamanda Qarabağın yenidən qurulmasını müşahidə edə biləcəyik”.