YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda partiyanın rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin  doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova, YAP Ağstafa rayon təşkilatının fəalları, Gənclər Birliyinin könüllüləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri partiyanın Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin məzarını ziyarət edib, onun ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıblar.  

 

 

 

DİGƏR Xəbərlər Arxiv