Xəbərlər
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib

Milli Məclisin deputatı Əliabbas Salahzadə karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq seçicilərlə növbəti görüş keçirib.
Seçicilərlə fərdi qaydada keçirilən görüşdə onların problemləri dinlənilib, müraciətləri qeydə alınıb. Qəbul zamanı vətəndaşları ən çox narahat edən məsələlər, məşğulluq, sosial təminat və ətraf mühitlə bağlı problemlər müzakirə edilib. Qeyd olunub ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi prioritet məsələdir.
Milli Məclisin deputatı Əliabbas Salahzadə gündəmə gətirilən məsələlərin araşdırılacağını və həlli üçün müraciətlərin müvafiq qurumlara qısa zamanda ünvalanacağını bildirib.