YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidenti İlham Əliyev: Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir

Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimizə yetirməliyik.

Bu barədə Prezidenti İlham Əliyev Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən bildirib.

Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlarda tərəfdaşlığından danışan dövlətimizin başçısı deyib: “Əminəm ki, biz bir-birimizi dəstəkləməyə, bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik. Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox yüksək səviyyəli həmrəylik nümayiş etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də bizim əməkdaşlığın səmimi mahiyyətini əks etdirir”.

Prezident qeyd edib ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz diqqəti iqtisadi inkişaf sahəsi üzərində cəmləməliyik. “Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq”, - deyə Prezidenti İlham Əliyev vurğulayıb.