YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri rayon ərazisində yaşayan şəhid və qazi ailələrini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakinləri olmuş Vətən Müharibəsi şəhidləri -- əsgər (MAHHXHQ) Yarıyev Elsevər Qalib oğlunun, kapitan İsmayılov Elçin Mübariz oğlunun, Hövsan qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun və Vətən Müharibəsi qazisi Atakişiyev Sadiq Qiyas oğlunun ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və onların qayğıları ilə maraqlanmışlar.

Ziyarət zamanı səmimi keçən görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP-ın rayon təşkilatının hər an şəhid və qazi ailələrinin yanında olduğunu və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklərini, cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu vurğulamışdır.

Şəhid Elzar Yusubovun ailəsini ziyarət edən Vüqar Seyidov təşkilat adından 5 yaşı tamam olan şəhidin qızı Ayanı doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim etmişdir.

Şəhid və qzi ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.