YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Pasxa bayramı münasibətilə rus icmasinin üzvü olan şəhid və qazi ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayəndələri Pasxa bayramı münasibətilə Azərbaycan Rus İcmasının üzvü olan şəhid və qazi ailələrini ziyarət edib.

Şəhid Əliyev Denis Aleksandroviçin, qazi Quzlayev Denis Sergeyeviçin ailələri ilə görüş zaman YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, deputat Sədaqət Vəliyevanın köməkçisi dövlətin şəhid ailələri, qazilər üçün həyata keçirdiyi işlər barədə ətraflı məlumat veriblər. Qazi və şəhid ailələrinin üzvləri də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Klinik-Cərrahiyyə Xəstəxanasında  müalicə olunan qazi Quzlayev Denis Sergeyeviçə və daha 7 qaziyə də baş çəkilib, vəziyyəti ilə maraqlanıb, bayram hədiyyələri təqdim edilib.