YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Ermənistanda baş qaldıran revanşist qüvvələr Azərbaycan Prezidentinin xəbərdarlığından ciddi nəticə çıxarmalıdır

“Ermənistanda baş qaldıran revanşist qüvvələr Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığından ciddi nəticə çıxarmalıdır”. Bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri zamanı Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında Ermənistanda baş qaldıran revanşist qüvvələrə də çox ciddi xəbərdarlıq etdi, onları bu çirkin əməllərdən əl çəkməyə çağırdı, əgər onlar bu təxribatlara davam etsələr, axırının çox pis olacağını bir daha qeyd etdi: “Prezident xüsusi vurğuladı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində Azərbaycan sərhədçilərinə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Ermənilər bunu yaxşı anlamalıdırlar”.

Millət vəkilinin sözlərinə görə, səfər zamanı Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin açılışı xüsusi əhəmiyyət kəsb edirdi: “Bu bütövlükdə bölgədə quruculuq və abadlıq işlərinin sürətli aparılmasının göstəricisidir. Lövhə sovet dövründə qoyulmuşdu, ancaq uzun müddət ərazi işğal altında olduğundan onun bərpası mümkün deyildi. Ərazilər müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olunduqdan sonra lövhənin təmirinə başlanıldı və qısa müddətdə ən yüksək səviyyədə bərpa olundu”.

Deputat əlavə edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra Azərbaycan-İran arasında 132 kilometrlik sərhəd xəttinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlamasını təmin etdi.