YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Ramazan ayı münasibətilə şəhid və qazi ailələri ziyarət olunur

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayyəndələri və partiya fəalları Ramazan ayı münasibətilə rayonun şəhid və qazi ailələrini ziyarət edib, onların problemlərinin həllinə yardımçı olub, dəstəklərini veriblər.

Ziyarət zamanı dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib, şəhid və qazi ailələrinə köməklik edilib.

Qazilər və şəhid ailələrinin üzvləri də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.