YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz Bayramov: Uydurma "erməni soyqırımı"nın tanınması tarixi saxtalaşdırmaq cəhdidir

"ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı"nın növbəti ildönümü ilə bağlı açıqlamasında "soyqırımı" ifadəsini işlətməsi qəbuledilməzdir. Əslində, Baydenin bu fikri səsləndirməsi ABŞ-ın geosiyasi və strateji maraqlarına ziddir". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov qəzetimizə açıqlamasında deyib.

Təşkilat sədri  bildirib ki, tarixdən məlumdur ki, 1915-ci ildə əslində, türklər soyqırımına məruz qalıb: "Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. ABŞ kimi bir dövlətin erməni diasporunun əsirinə çevrilməsi təəssüf doğurmaqla yanaşı, həm də yanlışdır. ABŞ Prezidenti və digərləri 1918-ci ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımına, XX əsrin digər faciəsi Xocalı soyqırımına diqqət yetirsələr daha məqsədəuyğun olar".

"Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır. Böyük türk xalqını bu cür saxta ittihamlarla zəiflətmək mümkün deyil. Qondarma "erməni soyqırımı"nın saxta tarix olduğunu birlikdə bütün dünyaya sübut edəcəyik. Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın yanlış olduğunu bildirib, onu tarixi səhv adlandırıb", - deyə G.Bayramov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv