YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbinə Xasayeva: Bütün dünyaya məlumdur ki, qondarma “erməni soyqırımı” böyük siyasətdə həm alət, həm də böhtançılıq ideyasıdır

“Bütün dünyada qondarma “erməni soyqırımı” təbliğ edən erməni millətçiləri nə üçünsə tarixçilərin arxivləri açmaq, dünyaya real tarixi faktları göstərmək çağırışlarına məhəl qoymurlar Təbii ki, bu, sərf etmir, çünki arxiv sənədləri “erməni soyqırımı” haqqında yalançı faktları alt-üst edəcəkdir”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, XIX əsrin ikinci yarısında Türkiyədə “erməni məsələsi” ortaya atılmazdan əvvəl ermənilər Osmanlı tərkibində ən çox üstünlüklərə malik millətlərdən idi. Lakin Osmanlı imperiyasının zəiflətmək, ölkə daxilində münaqişə yaratmaq üçün xaricdə yaşayan ermənilər Türkiyə ərazisində erməni dövlətinin yaradılması məsələsini ortaya atdılar. Avropanı inandırmaq lazım idi ki, ölkədə qanlı toqquşmalar baş verir, ermənilər məhv edilir. Beləliklə, erməni ideoloqları istəklərinə nail olmaq üçün öz soydaşlarına belə bir fikri aşılamaağa başladılar “Sadəcə qan tökmək lazımdır və ermənilər Avropanın köməyi ilə hər şeyi edəcəklər”. Elə bunun ardınca ermənilərin terror təşkilatları yaranır və türk kəndlərinə hücümlar təşkil edilir. Məqsəd isə gün kimi aydın idi. Ermənilərlə türkləri qanlı toqquşmalara təhrik etmək. Erməni terrorçular istəklərinə nail olmaq üçün yüzlərlə erməni ailəsini qıraraq bunu türklərin törətdiyini bəyan edirdi. Lakin erməni millətçilərinin minlərlə insanın qanı bahasına Türkiyə ərazilərində dövlət qurmaq planları ürəklərində qaldı.

Millət vəkilinin sözlərinə görə, məqsədlərinə nail ola bilməyən daşnaklar öz planlarını Qafqazda reallaşdırmaq üçün səfərbər oldular: “Andranikin rəhbərliyi altında Azərbaycan torpaqlarında görünməmiş qətliamlar və vəhşiliklər törədildi. İndi erməni millətçiləri qondarma “erməni soyqırımını” hər il qabardaraq “24 aprel” şousunu nümayiş etdirməklə özlərini məzlum, yazıq, əzablar görmüş xalq kimi göstərməyə çalışırlar. Amma bu “məzlumluğun” arxasında əsrlərdən bəri uzanan qanlı əllər dayanır. Artıq bütün dünyaya məlumdur ki, qondarma “erməni soyqırımı” böyük siyasətdə həm alət, həm də böhtançılıq ideyasıdır”.