YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: ABŞ prezidentinin bəyanatı Türkiyəyə təsir vasitəsindən başqa bir şey deyil

“ABŞ-ın hakim dairələrinin tutduğu yol və bu gün həyata keçirdiyi siyasi xətt göstərir ki, bu dövlət dünya jandarmı rolunu oynamaqdadır. Amerikanının işğalçılıq və müstəqil dövlətləri təsir dairəsinə alıb onlara öz tələblərini həyata keçirmək cəhdi buna əyani nümunədir. Bu, qardaş Türkiyəyə, eləcə də ölkəmizə münasibətdə özünü bir daha aydın göstərir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 Tahir Rzayev bildirib ki, ABŞ Prezidenti Baydenin qondarma “erməni soyqırımını” tanıması bu baxımdan xarakterikdir və əsl siyasi möhtəkirlikdir. Bu bəyanat dünyada sülhün, demokratiyanın, haqq - ədalətin qarantı kimi çıxış edən bir dövlətin Prezidenti üçün yolverilməzdir, tarixi səhvdir, ləkədir. Çünki erməni millətçilərinin bir əsirdən çox hallandırdıqları soyqırım hadisəsi tarixi faktlara əsaslanmır.

Onun sözlərinə görə, ABŞ - ın özü tərəfindən keçən əsrin əvvəllərində soyqırım hadisəsinin təsdiq edilməsinə cəhdlər göstərilsə də, heç bir nəticə əldə olunmadığından bu məsələ illərlə unudulmuşdur. Bu gün bütün dünya dərk edir ki, “erməni soyqırımının” gündəmə gətirilməsi və ABŞ prezidentinin yalançı faktlara don geyindirməsi Türkiyəyə təsir vasitəsindən başqa bir şey deyildir. Bu bəyanat əslində Türkiyə, Azərbaycan, Ermənistan münasibətlərinin yaxşılaşmasına, deyil, dövlətlər arasında ziddiyyətlərin kəskinləşməsinə xidmət edir. Amerika Cənubi Qafqazda qarşıdurmaların davam etməsində maraqlıdır. Çünki bundan bəhrələnir, ölkələri təsir altına alır, mənfur niyyətlərini həyata keçirir. Baydeni erməni xalqının düşdüyü ağır vəziyyət maraqlandırmır, onu narahat edən bölgədə sabitliyin yaranması, Türkiyənin regionda söz sahibinə çevrilməsi, güclənməsidir. Azərbaycan Prezidentinin müstəqil siyasəti, ordumuzun tarixi qələbəsi, ölkəmizdə yaradılmış ictimai - siyasi sabitlik, vətəndaş həmrəyliyi, birlik, Türkiyə ilə münasibətlərinin daha möhkəm əsasla qurulması, bir çoxları kimi Amerikanın hakim dairələrini də ciddi narahat edir və onlar bu birliyin heç vaxt tərəfdarı olmamışlar.

Komitə sədri qeyd edib ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və belə bir saxta bəyanat verməklə erməni lobbisinin etimadını qazanmaq üçün edilən cəhdlər əslində erməni xalqına bir zərbədir, erməni millətçilərinin əxlaqını pozmaq, onları yeni münaqişələrə ruhlandırmaq, məhvə yönəltməkdir: “Bu bəyanatdan Türkiyə və Azərbaycan heç nə itirmir. İtirən dünyada demokrativ imicinə böyük zərbə vuran Amerika, onun ermənipərəst prezidenti Bayden və bir də satqın, millətçi Ermənistan rəhbərlərdirdir. Böyük bir dövlətin rəhbərinin erməni lobbisinin əlində oyuncağa çevrilməsi Amerika xalqına hörmətsizlik, dövlətin mənafelərinə tamamilə ziddir. Bayden haqqa, ədalətə, demokratiyaya, insan haqlarına istinad edirsə, onda ilk növbədə Xocalı soyqırımını, Qaradağlı qətliamını, bir milyondan çox köçkünün uzun illər çəkdiyi əzab - əziyyətləri dilə gətirməlidir. Əks halda, onun əsassız fikirlərinin heç bir dəyəri yoxdur. Türkiyə - Azərbaycan birliyi, dost ölkələrin dəstəyi, haqqın səsi Baydenləri fitnəkar və rəzil kimi tarixin arxivinə göndərəcək”.