YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Ucar rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Qazıqumlaq kəndində şəhid Mahmudov Elşən Muxtar oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra rayonun Qazyan kəndində itkin şəhidlər Əhədov Rəfail Hacıağa oğlunun və Hüseynov Vasif Vahid oğlunun ailələri ziyarət olunub. Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.