YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatında akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə  akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Onun sözlərinə görə,  Zərifə xanımın  keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını  üçün mənəviyyat və kamillik məktəbidir: "Zərifə xanım Əliyeva özünün gözəl  insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. O, çox qayğıkeş ana olub və xalqımıza möhtərəm Prezidentimiz İlham Əliyev kimi layiqli oğul yetişdirib. Akademik Zərifə xanım Əliyeva, həmçinin Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr bəxş etmiş alimdir. Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq".

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov isə bildirib ki, Zərifə xanım Əliyevanın timsalında mənəvi kamilliyin ən uca zirvəsində dayanan Azərbaycan qadınının, əziz xatirəsi ilə milyonlarla insanın qəlbində yaşayan görkəmli elm fədaisinin obrazı canlanır. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayır.

Tədbir iştirakçılarından, YAP Qaradağ rayon təşkilatının sədr müavini Munis Bayramov, təşkilatın İdarə Heyətinin üzvləri Təranə İsmayılova, Nəzakət Məmmədova, ərazi ilk partiya təşkilatının sədri Günay Rəhimova və  YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar.