YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mustafa Şentop: Ermənistanın istər Azərbaycan, istərsə də region üçün təhdiddir

Türkiyə Ermənistanın istər Azərbaycan, istərsə də region üçün təhdid, risklər yaradan, məsuliyyətsiz hərəkətlər edən dövlət olması qənaətindədir.

Bu fikirləri Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop ifadə edib.

Türkiyə Parlamentinin sədri təcavüzkar Ermənistanın mövcudluğunu belə dəyərləndirib: “Beynəlxalq hüquqa və təşkilatlara görə, Ermənistan Azərbaycan torpaqlarını işğal etməsi həqiqət idi. Türkiyənin Azərbaycanın yanında yer alması, dost və qardaşlıqdan başqa, həm də Azərbaycanın haqlı olması ilə əlaqədardır və bölgədə sülh üçün təhdid yaradan bir ünsürə qarşısında qətiyyətli mövqedir”.