YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Akademik Zərifə xanım Əliyevanın ömür yolu hər bir insan üçün kamillik məktəbidir

“Hər bir xalqın tarixində olduğu kimi Azərbaycan xalqının da həyatında vacib rol oynayan, onun inkişafına, ictimai-siyasi həyatına, milli-mədəni və ailə dəyərlərinin möhkəmlənməsi işinə böyük töhfələr verən görkəmli şəxsiyyətləri, tanınmış elm və incəsənət xadimləri, dövlət adamları var.         Bu gün adının və əməllərinin işığına toplaşdığımız, onu tanıyanların qəlbində, ilk növbədə, yüksək şəxsi keyfiyyətləri, səmimiyyət və mehribanlığı ilə silinməz izlər buraxan bir şəxsiyyətin, varlığından və şərəfli həyat yolundan qürurla danışdığımız Zərifə xanım Əliyevanın isə bu insanlar arasında özünəməxsus yeri vardır”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, hələ gənc yaşlarından zamanın ziddiyyətli və insanı  hər an sınağa çəkən sərt ideoloji şərtləri altında yaşamağa, mübarizə aparmağa, ədalətsizliklərlə çarpışmağa məhkum olan ailəsinin üzləşdiyi çətinlikləri öz üzərində hiss edən, nəciblik, sədaqət və fədakarlıq kimi keyfiyyətləri çətin şəraitdə  öz simasında birləşdirməyin və məğrurluqla daşımağın örnəyini yaradıb. Həqiqətən də,  Zərifə xanımın nəsillərə nümünə olan  ömür yoluna nəzər salan hər bir kəs ilk növbədə bu zərif Azərbaycan qadınının timsalında mənəvi zənginliyi ilə diqqətləri çəkən və bitkin xarakterə malik bir insanla üzləşir. Azərbaycan elminə sanballı töhfələr vermiş görkəmli elm xadimi bütün vəzifə və öhdəliklərinə vicdanla yanaşan vətəndaşla,dəyanətli ömür gün yoldaşı,fədakar ana ilə tanış olur.

Onun sözlərinə görə, Zərifə xanımın  ömür yolu hər bir insan, həkim, alim və ictimai xadim üçün kamillik məktəbidir. Bütün bu sahələrdə uğur əldə etmək, insanların sevgisini qazanmaq, mərhəmət və xeyir-xahlıq ünvanına çevrilmək üçün sözün əsil mənasında yüksək mənəvi keyfiyyətlərə, Tanrının bəxş etdiyi qeyri-adi xüsusiyyətlərə malik olmaq lazımdır.  Bir görkəmli elm xadimi kimi əldə etdiyi nailiyyətlər, çoxsaylı elmi əsərləri, elmi kadrların yetişməsi sahəsində nəticələri Azərbaycan elminin Zərifə xanım tərəfindən yazılan parlaq səhifələrini təşkil edir. Onun inkişafına çox böyük əmək sərf etdiyi elm sahəsindəki davamcıları bu gün alimin irsindən faydalanırlar.

“Təsadüfi deyildir ki, əldə etdiyi nailiyyətlər üçün səmərəli və müvəffəgiyyətlə çalışmasında ailəsinin böyük rolunu vurğulayaraq Ümummilli Liderimiz Heydər Əliyev “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam” deyirdi. Cəmiyyətin inkişafının ailə institutunun möhkəmliyi və dayanıqlığı ilə düz mütənasibliyinə inanaraq, “sağlam ailə, sağlam nəsil, sağlam millət deməkdir”, fikrini də məhz Zərifə xanımla birgə ailəsindəki milli-mənəvi dəyərlər üzərində qurulan sağlam mühitdən qaynaqlandığını diqqətə çatdırırdı. Bu mənada hər bir insan ilk növbədə onu yetirən ailənin, yaşadığı mühitin hər bir hərəkəti və sözü ilə örnək olan valideynlərinin yetirməsidir, belə demək mümkünsə məhsuludur. Ailənin isə cəmiyyət və dövlətin əsası, insanları böyük həyata, gələcəyə hazırlayan, nəsillər arasında varisliyi təmin edən, milli-mənəvi dəyərlərin qorunduğu inkişaf  etdirildiyi və daha çox aşılandığı ilk sosial mühit kimi əhəmiyyətinin daha da artdığı indiki dönəmdə bu fikrin  Ulu öndər tərəfindən  ifadəsinin çox böyük önəm kəsb etdiyini qeyd etmək lazımdır. Məhz ömür - gün yoldaşı Heydər Əliyevlə birgə o, bu ailədə doğulub boya – başa çatan övladlarına ailəsindən gələn və xalqımızı xarakterizə edən ən gözəl keyfiyyətləri və dəyərləri ötürməklə, onları əsil insan, vətəndaş, öz işənə, peşəsinə, öhdəlik və borclarına məsuliyyətlə yanaşan bir övlad, valideyn olmaq üçün hər tərəfli hazırlamağa bütün ömrünü sərf etmişdir. O, taleyin və zamanın hökmü ilə müəyyənləşmiş statusu ilə yanaşı milli və vətəndaş məsuliyyəti ilə könüllü olaraq öz üzərinə götürdüyü elmi, ictimai və insani missiyalarının hamısını bir arada, eyni dərəcədə uğurla və peşəkarlıqla irəliyə aparmağın əsil örnəyini yaratmaqla mənsub olduğu xalqın ən vacib sərvətinin – insan kapitalının öz şəxsiyyəti hesabına xeyli dərəcədə zənginləşməsi işinə əhəmiyyətli töhfə vermişdir.  Bu gün Zərifə xanımı seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan əfsanələrə bənzər həqiqətlərə görə tanıyan insanlar, ondar sonrakı nəslin nümayəndələri hörmət və sevgi ilə anır. Zənnimcə,  bütün parametrlər üzrə xarakteri və onun məzmunu ilə əsil azərbaycan xanımı obrazını müdrikliyi və mükəmməlliyi sahəsində özü öz boyuna biçmiş bu gözəl insanı müasir və gələcək nəsillər də hər zaman yüksək  ehtiram və minnətdarlıq hissi ilə xatırlayacaqlar. Bir də ona görə xatırlayacaqlar ki, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin həyat yoldaşı, eləcə də müasir, qüdrətli və zəngin Azərbaycan dövlətinin qurucu lideri müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır”,-deyə Dövlət Komitəsinin sədri vurğulayıb.