YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Demokratik cəmiyyətin əsas hüquqi-siyasi institutlarından biri Mərkəzi Seçki Komissiyasıdır

“Demokratik cəmiyyətin əsas hüquqi-siyasi  institutlarından  biri Mərkəzi Seçki Komissiyasıdır. Onun fəaliyyəti demokratik əsaslarla təşkil olunub. Hər bir cəmiyyətdə hakimiyyətin müxtəlif qollarının, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması bilavasitə MSK-nın və  Seçki Məcəlləsinə uyğun təyin olunan prosedurlar vasitəsilə reallaşan siyasi hadisədir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyasının  İdarə Heyəti bir neçə gün əvvəl öz namizədlərini müəyyənləşdirərkən məhz MSK üzv olacaq namizədlərinin peşəkar keyfiyyətlərini, təcrübələrini nəzərə alaraq parlamentin müzakirəsinə təqdim edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda seçki ənənələrinin özünəməxsus tarixi var: “Bu vaxta qədər heç bir halda cəmiyyətin hər hansı institutunun və yaxud beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı ciddi şübhələri, iradları olmayıb. Fəaliyyət göstərdiyi müddətdə MSK daxil olan müraciətləri, şikayətləri peşəkarcasına, hüquqa, haqqın və ədalətin aliliyinə söykənərək araşdırıb. Nətciə etibarilə bu gün formalaşdırdığı demokratik instututlarla siyasi sistemimizin hüquqi memarlarından birinə çevrilib. Biz bu gün bir daha MSK-nın yeni tərkibinin demokratik əsaslarıla formalaşdırıldığının şahidi oluruq. Çünki burada parlament çoxluğunu təşkil edən hakim Yeni Azərbaycan Partiyasının, müxalifətin və bitərəflərin nümayəndələri var. Bu tərkib ictimai etimad parametrlərinə cavab verdiyinə və işlərinin peşəkarı olduqlarına görə onların namizədliyini təsdiq edə bilərik”.