YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan Qərbin Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinədir

"Azərbaycan münaqişələrin hərbi yolla həllinin əleyhinə çıxış edir. Biz buna əminik ki, müasir dünyada münaqişələrin tənzimlənməsi üçün daha əhəmiyyətli alətlər var". Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times"-a müsahibəsində deyib.

Əli Həsənovun sözlərinə görə, Azərbaycan daxili siyasətində Qərblə Rusiya arasında neytral mövqe tutur. Lakin Azərbaycan ötən il BMT-də Krımın RF-yə birləşdirilməsinin əleyhinə səs verib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.

Əli Həsənov bildirmişdir ki, Azərbaycan Qərb ölkələri hökumətlərinin Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı məsələsində analoji mövqe tutmadıqlarından məyusdur: "Biz Qərbin bu problemə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinəyik. Bir münaqişədə Qərb "separatçılar" terminini işlədir, digərində yox".