YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bu il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda konfrans keçirməyi planlaşdırır.
AMEA-nın rəyasət heyətinin növbəti iclasında Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə qərar qəbul olunub. Qərara əsasən, bu il mayın 5-də Respublika Veteranlar Şurası ilə birlikdə “Böyük Vətən müharibəsinin qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilini təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.
Tədbirlər planına uyğun olaraq, Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantı nəşr ediləcəkdir.
Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.