YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda yazdığı çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur.