YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: 2016-cı ilə Yer səthinin monitorinqi peykinin, 2017-ci ildə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır

«Bu gün  "Azərspace - 1" peyki Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında 50-dən artıq ölkəyə yüksək keyfiyyətli peyk xidmətlərini uğurla göstərir. Onun vasitəsilə 60-dan çox yerli və xarici teleradio kanallarının yayımı və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir». Bu fikirləri yap.org.az saytına rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, peykin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılıb  və azərbaycanlı mütəxəssislər tərəfindən müvəffəqiyyətlə idarə olunur. Onun sözlərinə görə, "Azərspace - 1" respublikada kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradacaq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verəcəkdir. 

«2016-cı ilə Yer səthinin monitorinqi peykinin, 2017-ci ildə  ikinci  telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Bütün bunlar respublikamıza İKT sahəsində daha böyük infrastruktur layihələrini  gerçəkləşdirməyə möhkəm zəmin yaradır»- deyə, nazir vurğulayıb.