YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət etmişlər

 YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Zığ qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulayıb ki, Vətən Müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri deyib ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcək. Vüqar Seyidov Rüfət Əsgərovun əziz xatirəsini bir daha yad edərək, üzərində şəhidin təsviri toxunmuş xalçanı ailəyə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz minnətdarlıqlarını bildirdilər.