YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Hərbi Qənimətlər Parkının açılışı qələbəmizin, zəfərimizin, haqqın təntənəsinin fərqli bir formatda növbəti təqdimatı idi

“Dünən Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi. Respublikamıza rəhbərlik etdiyi dövrdə cənab Prezident minlərlə obyektin, o cümlədən biri birindən gözəl yüzlərlə parkın açılışını etmişdir. Lakin dünənki tədbir mahiyyətinə və tarixi əhəmiyyətinə görə tamamilə fərqli bir mərasim idi. Bu açılış qələbəmizin, zəfərimizin, haqqın təntənəsinin fərqli bir formatda növbəti təqdimatı idi. Bu təqdimat həm də tarixdə və dünyada təkcə ərazi bütövlüyümüzün təmin edilməsi deyil, həm də tarixi ədalətin bərpasının təqdimatı idi”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, həm parkın açılışında, həm də qəhrəman hərbçilərimizlə görüşdə cənab Prezidentin çıxışında söylədiyi fikirlərin dərindən öyrənilməsi və təhlil edilməsi doğru nəticə çıxarmaq üçün hər birimizə faydalıdır. Cənab Prezident tarixi qələbəmizi şərtləndirən amillərdən danaşarkən digər faktorlala yanaşı 3 səbəbi xüsusi vurğuladı: güclü iqtisadiyyat, müasir yanaşma və Vətən sevgisi. Cənab Prezident qələbəmizin sevincini yaşayan bizlərə  zamanında torpaqlarımızın itirilməsi səbəblərini də xatırlatmaqla, qələbəmizdən yasa batan xainlərə və satqınlara daha bir ibrət dərsi vermiş oldu.

Komitə sədrinin sözlərinə görə, qələbəmizi həzm edə bilməyən düşmən qüvvələr, zəfər yürüşümüzü ləngitməyə çalışan iki üzlülər, o cümlədən 5- ci kolonun sosial şəbəkə cəngəlliyində eşələnən tör- töküntüləri bilməlidir ki, Azərbaycan xalqının Dəmir yumruğu hər zaman onların xain başını əzməyə qadirdir. Bizim milli birliyimizi heç kəs poza bilməz.

“Hərbi Qənimətlər Parkının ibrət dərslərindən biri də budur ki, işğalçının gec- tez aqibəti bu cür olmalıdır. Güclü lideri olan Xalqın iradəsin əzmək, ona qalib gəlmək mümkün deyildir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, cənab İlham Əliyev kimi güclü, iradəli, müdrik Vətənini və millətini sevən xarizmatik bir lideri var. Cənab İlham Əliyev də xoşbəxt  dövlət başçısıdır ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilmişdir. Vətəninin hər bölgəsində  dizini yerə doyub öpdüyü üç rəngli bayrağı  Vətən səmasının ucalığında dalğalandırmaq onun qüdrətli əllərinə nəsib olmuşdur. Cənab İlham Əliyevin dünənki çıxışında Vətən sevgisi ifadəsini eşidəndə 90- cı illərin əvvəllərində Naxçıvanda Ümummilli Liderlə görüşündən sonra Nikolay Baybakovun dediyi sözləri xatırladım: Mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci adamı tanımıram.  Həmin adamı artıq bütün dünya tanıyır. Bu Heydər Əliyev yolunu Şuşa Ucalığına qədər yüksəldən, Zəngəzur dəhlizinə qədər aparan, türk dünyasının  bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir!”, -deyə Musa Quliyev vurğulayıb.