Xəbərlər
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələri vacib hesab edir.
Trend-in məlumatına görə, amerikalı həmsədr öz "twitter" səhifəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsində həllinə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir".
Həmsədr, eyni zamanda, twitter səhifəsinin oxucularına Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzəsinə şərh bildirdiklərinə görə də təşəkkür edib.
Qeyd edək ki, may 7-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzə ilə çıxış edib.