YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018–ci ilin aprelin 11-də keçirilən seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını qazanaraq növbəti 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev son 3 ildə tarixi nailiyyətlərə imza atdı

Elşad Mirbəşir,

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

11 aprel seçkilərindən dərhal sonra ölkəmizdə bütün istiqamətlər üzrə köklü dəyişikliklərə start verildi. Aparılmış uğurlu kadr və struktur islahatları nəticəsində daha modern və çevik idarəetmə sistemi formalaşdırıldı, vətəndaş-məmur münasibətlərində keyfiyyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu. Müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyasının həyata keçirilməsi ilə həm xalq-iqtidar birliyinin təməlləri möhkəmləndirildi, həm də ölkəmizin beynəlxalq nüfuzu və çəkisi artmış oldu.

Qlobal miqyasda hökm sürən təlatümlərə baxmayaraq, ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin edildi, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən böyük sosial paketlər icra edildi, dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı effektiv mübarizə strategiyası həyata keçirilərək bu qlobal bəlanın ölkəmizə təsirlərinin minimuma endirilməsi təmin edildi. Virusla mübarizədə iqtisadi maraqları yox, Azərbaycan xalqının sağlamlığını prioritet seçən Przident İlham Əliyevin təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olundu. Azərbaycan pandemiya ilə mübarizənin uğur modeli kimi dünyada nüfuz qazandı.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə isə bütövlükdə Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil etmişdir. 30 il işğal altında qalan torpaqlarımızın yağı düşməndən azad olunması xalqımızın hər bir fərdinə böyük qürur və sevinc hissi bəxş etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız bu şanlı zəfər 17 illik sistemli və hərtərəfli hazırlığın nəticəsi idi. Dövlətimizin başçısı 2018-ci ilin Prezident seçkilərindən sonra da qətiyyətlə ifadə etmişdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarını düşmən tapdağından azad edəcək. Belə də oldu, 44 günlük müharibə Azərbaycan xalqının mübarizlik əzminin simvoluna çevrildi. Xalqımız öz liderinin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək 30 illik torpaq həsrətinə son qoydu. Vətən müharibəsi Azərbaycan dövlətinin regional lider statusunu daha da möhkəmləndirməklə bütün dünyaya Azərbaycan xalqının əzəmətini və qüdrətini nümayiş etdirdi.

 

DİGƏR Xəbərlər Arxiv