YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəsli Nəbiyev: Azərbaycanın gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclər əvəzolunmaz rola malikdir

“Azərbaycanın gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclər əvəzolunmaz rola malikdir. Bu baxımdan Azərbaycanda tamamilə yetkinləşmiş, sınaqlardan keçmiş və ölkənin uğurlu sabahını təmin etmək üçün öz sözünü demiş bir gənclik formalaşmışdır. Azərbaycan vətənpərvər və yüksək zəkalı gəncliyə sahib olan bir ölkədir. Gənclər döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib Vətən müharibəsində böyük qələbənin reallaşmasına töhvə vermişdir. Vətən Müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiyanın sədri, cənab Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrdən biri də gənc nəslin tərbiyə olunaraq gələcəkdə müstəqilliyimizin hər şeydən üstün tutulması istiqamətində təlimatlandırılması, milli ənənələrəmizin qorunub yaşadılmasında vacib rol oynaması olmuşdur. Əslində bu ölkə rəhbəri tərəfindən Azərbaycan gəncliyinə verilən mühüm mesaj idi, yəni artıq yetkinləşmiş gənclik ölkənin bundan sonrakı inkişaf mərhələsinə səfərbər olunmalı, ölkəmizi daha da işıqlı sabaha aparmalıdır.” Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev qeyd edib.

Fəsli Nəbiyev  bildirib ki, Yeni Azərbaycan Patiyası Gənclər Birliyinin yeni tərkibdə əsas hədəfi ölkənin müxtəlif sahələrində təmsil olunan gəncləri vahid milli birlik ətrafında birləşdirərək onların potensialını ölkəmizin gələcək inkişafına yönləndirməkdir. Bizi daha da məsuliyyətli və əzmlə çalışmağı tələb edən bir dövr gözləyir. Yeni mərhələdə gənclər öz potensiallarını ölkənin gələcək inkişafına, onun güclənməsinə yönəldəcək.