YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Şəhidlərimiz və qazilərimiz daima dövlətin diqqətindədir

Milli Məclisin deputatı

Kamilə Əliyeva

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızı işğaldan tam azad etdı.

Bu Vətən Müharibəsində şəhidlərimiz də, qazilərimiz də oldu. Şəhidlərimiz və qazilərimiz daima dövlətin diqqətindədir.
Müharibənin gedişi zamanı Ali Baş Komandan cənab İlham Əliyev hərbi qospitalda döyüşlərdə yaralanaraq müalicə alan hərbiçilərimizi ziyarət etdi. Ziyarət zamanı dövlət başçısı şəhid olmuş hərbiçilərimizin hər zaman yad ediləcəyini və onların adlarının əbədiləşdiriləcəyini qeyd etmişdir. Həmçinin döyüşlərdə yaralanmış hərbiçilərimizin müalicəsi və sağalmaları istiqamətində Azərbaycan dövlətinin bunun üçün nə lazımdırsa edəcəyini və şəxsən bu ışlərin hər zaman onun diqqətində olacağını vurğulamışdı. Azərbaycan dövləti döyüşlərdə şəhid olmuş hərbiçilərimizin valideynlərinin və onların ailə üzvlərinin bütün maddi və mənəvi problemlərini bir nömrəli vəzifə olaraq qarşıya qoyur və həll edir. Onlara maddi dəstək göstərilir, mənzilə ehtiyacı olanlar mənzillərlə və ya fərdi evlərlə təmin edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2020 ci il 8 dekabr tarixli Fərmanı ilə bi ışlərə dəstək məqsədilə "YAŞAT" Fondu yaradıldı. Fondun əsas məqsədi şəhid ailələrinə və müharibə zamanı əlilliyi müəyyən olunmuş hərbçilərimizin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verməkdir. Bu yönümdə Fond tərəfindən çox böyük işlər görülməkdədir. Şəhid olduqdan sonra onların dünyaya gəlmiş övladlarının adlarına banklarda hesab nömrəsi açılmış və oraya 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Eyni zamanda onlarla yaralı hərbiçilərimizin müalicələrinin davam etdiril mələri üçün xarici dövlətlərə göndərilməsini təşkil etmişdilər. Qısa müddət ərzində bir çox şəhid və qazi ailələrinə maddi dəstək göstərilmişdir.
Ölkə başçısı şəhid ailələrinin və qazilərin üzləşdikləri çətinliklərin tez və operativ həll olunması istiqamətində dövlət strukturlarına xüsusi tapşırıqlar vermişdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturlarında "Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsi yaradılmışdır. Çox sevindirici haldır ki, həmin şöbələrin rəhbər vəzifələrinə müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş insanlarımız təyin olunmuşdur.
Dövlətimiz şəhid olmuş hərbiçilərimizin ailələrinə və qazilərimizə bütün sahələrdə dəstək göstərir. Nazirlər Kabinetinin 2021 ci il 30 yanvar tarixli 24 nömrəli qərarına əsasən Vətən Müharıbəsi iştirakçılarına " Müharlbə Veteranı" adının verilməsi işinin təşkili üzrə komissiya da yaradılmışdır. Eyni zamanda şəhidlərimizin ailə üzvlərinə və xəsarət almış hərbiçilərimizin banklara olan borc öhdəlikləri tamamilə silinmişdir. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin məbləğinin xeyli artırılması həyata keçirilmişdir. Azərbaycan dövləti hər zaman Vətən uğrunda şəhid və qazi olmuş igid övladlarının adlarını uca tutacaq, onların adları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq.