YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir

“Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir”. Bu fikri YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Bəxtiyar İslamov bildirib ki,  gənclərimiz beynəlxalq arenada təcrübə, bilik və bacarıqlarını yüksək səviyyədə ortaya qoyurlar.

“Azərbaycan gəncliyi yeni, müasir çağrışlara cavab verən gənclik olmaqla bərabər öz milli adət-ənələrinə, tarixi köklərinə sadiqdir. Ona görə də, hesab edirəm ki, Azərbaycan gəncləri beynəlxalq arenada çox yüksək təmsilçiliklə məşğuldur. Əlbəttə ki, biz bununla kifayətlənməli deyilik. Növbəti dönəmlərdə beynəlxalq müstəvidə fəaliyyətimizi ən uğurlu şəkildə Azərbaycanın milli maraqları, dövlətçilik maraqları naminə daha da genişləndirməliyik”,-deyə YAP Gənclər Birliyinin sədri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv