YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin İƏT-dəki nümayəndəsi: Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

Qarabağ torpaqları işğaldan azad edilib. İşğaldan azad olunan bölgələrdə bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır.

Bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Türkiyə Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker deyib.

O qeyd edib ki, Qarabağın təhlükəsizliyinin təmin edilməsi, burada aparılacaq yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması Azərbaycan dövləti ilə bərabər, bütün İslam dünyasının ortaq vəzifəsi olmalıdır. “Bu istiqamətdə qarşımızda böyük işlər var. Əminik ki, Azərbaycan dövləti bu vəzifələrin öhdəsindən uğurla gələcək. İslam Əməkdaşlıq Təşkilatı bütün bu fəaliyyətlərdə Azərbaycan dövlətinin və xalqının yanında olacaq”,-deyə o qeyd edib.