YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Ermənilər vaxtilə işğal etdiyi torpaqlarımızda xalqımızın irsini silməyə çalışıblar

“Bütün fəaliyyətlərini yalan və iftiralar üzərində quran erməni cəmiyyəti bu vərdişlərindən hələ qurtula bilmir. Təəssüf ki, onların yalanlarına alət olanlar az deyil. Reallıq üzə çıxana qədər erməni yalan maşını ictimaiyyəti aldatmaqda davam edir. Sözsüz ki, sonda həqiqət qalib olur. 44 günlük müharibə və bunun yaratmış olduğu yeni reallıqlar var”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, hər kəsə yaxşı məlumdur ki, Cəbrayılda bir erməni yaşamayıb. Orada kilsə nə gəzirdi? Millət vəkilinin fikrincə, irad tutmaq lazımdırsa birinci ermənilərdən başlamaq lazımdır. Cəbrayıl rayonunda 5 tarixi məscid var idi. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə- yeksan ediblər.

“Digər kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar dağıdılıb. İşğal müddətində Azərbaycanın 64 məscidindən cəmi 3-ü bu gün qismən salamat qalıb. Bu məscidləri də ermənilər öz məqsədləri üçün saxlayıblar. Amma digər məscidlər tamamilə dağıdılıb. Azərbaycan xalqının, İslam dəyərlərinin izləri silinməyə cəhd olunub. Alban kilsələrini dağıdıb erməniləşdirməyə, qriqoriyanlaşdırmağa çalışıblar. Rus-provaslav kilsəsi də ermənilər tərəfindən barbarcasına dağıdılıb. İşğal dövründə xalqımıza  məxsus bütün qəbiristanlıqlar dağıdılıb, bütün mədəni abidələr barbarlığa məruz qalıb. İşğaldan sonra bunu bütün dünya ictimaiyyəti də açıq şəkildə gördü”. Ancaq hər zaman olduğu kimi, yenə də görməməzlik edirlər”,-deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv