YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lerik rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Şükürov Samir Təyyub oğlunun ailəsi ilə görüşüb.

Görüş zamanı təşkilat sədri ailənin problem və qayğıları ilə maraqlanıb, şəhidin məzarını ziyarət edib. Cəlil Baxşıyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Samir və onun kimi bütün igidlərimizlə xalqımızın qürur duyduğunu bildirib.

Qeyd edək ki, 44 günlük qəhrəmanlıq tarixini yazan igidlərimizdən olan baş leytenant Samir Şükürov Lerik rayonunun Kəlvəz kəndində anadan olub.

DİGƏR Xəbərlər Arxiv