YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ÜST-ün Baş direktoru “Twitter” hesabında Azərbaycan Prezidenti ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib.

Baş direktor paylaşımında görüşdə COVID-19 pandemiyası ilə mübarizədəki maliyyə yardımına, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə Azərbaycana təşəkkür etmək imkanının olduğunu bildirib.