YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının təşkilatın nümayəndələri Yeni Suraxanı qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi və cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Məmmədov Dostəli (Ataş) Seymur oğlunun ailəsini ziyarət etmiş, sovqat aparmış və ailənin qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, Vətən Müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri demişdir ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəkdir. Vüqar Seyidov Dostəlinin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən Müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı şəhid ailəsinə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz minnətdarlıqlarını bildirmişlər.