YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət etmişlər

YAP Xətai rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Cəfərli Həmid Kərim oğlunun ailəsini  ziyarət ediblər.

Cəfərli Həmid Kərim oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları  ilə təltif olunub.

Ziyarət zamanı təşkilat üzvləri şəhid ailəsinə baş sağlığı verib, ailənin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib.

 

DİGƏR Xəbərlər Arxiv