YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: YAP Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına ciddi töhfəsini verəcək

“Bu gün regionda, eləcə də dünyada ciddi proseslər gedir. İnkişaf etmiş ölkələr bu prosesləri izləyərək ardıcıl və çevik qərarlar qəbul edirlər. Prosesləri zamanında təhlil edərək uyğun qərarlar qəbul edə bilən ölkələr gələcək inkişaflarını və təhlükəsizliklərini təmin edə bilirlər. Bu baxımdan son qurultay xüsusi əhəmiyyət daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı Prezident İlham Əliyevin konseptual çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyev çıxışında Azərbaycan ictimaiyyəti üçün xüsusi önəm daşıyan bir çox vacib məqamlara toxundu. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu xüsusi qeyd etdi. O dövrdə baş verən hadisələri geniş təhlil etdi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm rola xüsusi toxundu.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı proseslərə də geniş toxundu. Bu qələbədə Azərbaycan xalqının, xüsusilə də gənclərin oynadığı rolu xüsusi vurğuladı.

“Onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının son qurultayı bir sıra aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Partiyada bur sıra mühüm struktur dəyişikliklər baş verdi. Bu baxımdan, Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması, yeni gənc kadrların İdarə heyətinə daxil edilməsi partiyanın inkişafına öz ciddi töhfəsini verəcək. Bu həm də Yeni Azərbaycan Partiyasında idarəçiliyə ciddi təsir göstərəcək. Qurultayda qəbul edilən mühüm qərarlardan biri Veteranlar Şurasının yaradılması idi. Bu quruma partiyanın inkişafında ciddi rol oynayan şəxslər daxil edildilər. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Bu Şurada olan insanların Azərbaycanın ictimai həyatında zamanında oynadığı rolu xüsusi qeyd etdi. Hesab edirəm ki, VII qurultay Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə sayılır. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına öz ciddi töhfəsini verəcək”, deyə C.Məmmədov vurğulayıb.