YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı “Yeni Azərbaycan Partiyasının VII qurultayı: Yeni hədəflər və vəzifələr” mövzusunda videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 100-ə yaxın ərazi ilk partiya  təşkilatı sədrlərinin və Gənclər Birliyi fəallarının iştirakı ilə “Yeni Azərbaycan Partiyasının VII qurultayı: Yeni hədəflər və vəzifələr” mövzusunda videokonfrans keçirib. Videokonfransda qurultay iştirakçısı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və edən YAP fəalları çıxış ediblər.

Təşkilatın sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında partiyanın VII Qurultayını ölkəmizin tarixində çox mühüm və əlamətdar hadisə kimi dəyərləndirib. O,partiyanın sədri, Prezident  İlham Əliyevin qurultaydakı geniş və ətraflı məruzəsi haqqında iştirakçılara məlumat verib. Məlahət İbrahimqızı partiya sədrinin 44 günlük Vətən müharibəsinin və bu müharibədə Azərbaycanın Müzəffər Milli Ordusunun qazandığı Zəfərin gələcək ideologiyamızın əsas təməl prinsiplərindən olacağı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. M.İbrahimqızının qurultayda YAP sədrinin partiya üzvlərinin qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Salman Salmanov isə partiyanın rəhbər qurumlarındakı kadr dəyişikliyini zamanın və ölkədə gedən islahatların tələbi kimi vurğulayıb.

Həmçinin, videokonfransda çıxış edən Tamilla Naibova, Sevinc Axundova və digər partiya fəalları partiyanın VII qurultayını günümüzün ən əhəmiyyətli siyasi hadisəsi adlandırıblar.