YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir

“Ölkədəki dialoq mühiti siyasi proseslərdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Cənab Prezident tərəfindən aparılan islahatlar daim dövlətimizin mənafeyini qorumaq, yeniliklərə imza atmaq atmaq üçündür. Genişmiqyaslı islahatlar respublikada köklü dəyişikliklərin getdiyinin göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında ümumxalq partiyası olduğunu sübut edir. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.

“Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb.  Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb. Bu birliyə nə qədər kölgə salmağa çalışan dairələr olsa da, cənab Prezidentin dərin siyasətinə qarşı heç kim gələ bilməz. 6 siyasi partiyanın YAP-a qoşulması faktı da Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir”, -deyə deputat qeyd edib.