YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər

“Martın 5-də YAP-ın VII qurultayı keçirildi. YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. Bəzi partiyalar - 1992-ci ildə təsis edilən Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, 1993-cü ildə təsis edilən Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası və 1994-cü ildə təsis edilən Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a birləşdi. Bununla da, cəmiyyətə YAP-ın qapılarının konstruktiv qüvvələr üçün açıq olması, milli həmrəylik mesajları verildi”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov qeyd edib ki, siyasi partiyaların YAP-a qoşulması həm də ölkəmizin siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yeni səhifələrin yazılacağını xəbər verir: “Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Altı siyasi partiyanın hakim partiyaya qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsinə çevrildi. Partiyamızın Sədri, möhtərəm Prezident İlham Əliyevin qurultayda çıxışı, tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Cənab Prezidentin çağırışları, yeni proqramla bağlı tövsiyələri göstərir ki, YAP daha fəal, daha çevik bir siyasi təşkilata çevriləcək. Yarandığı zaman ölkəni xilas missiyasını daşımış partiya bu gün Azərbaycanın bölgədəki missiyasına da öz töhfələrini verəcək”.

DİGƏR Xəbərlər Arxiv