YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Cəlilabad rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Həziabad kəndində şəhidlər Alışov Ülvi İlham oğlu və Yunusov Alxas Mirxas oğlunun ailə üzvlərini ziyarət ediblər.

Ziyarət zamanı təşkilat üzvləri şəhid ailələrinə baş sağlığı verib, ailələrin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv