YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının üzvlərinin şəhid ailələri və qazilərlə görüşləri davam edir

YAP Suraxanı rayon təşkilatının rəhbərliyi və əməkdaşları Vətən Müharibəsi qazisi Əkbərov Elnur İmamverdi oğulun, şəhid Fərzulla-zadə Mehdi Zaman oğlunun və şəhid Hüseynov Orxan Bəhman oğlunun ailələrini ziyarət etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov görüş zamanı bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

Göstərilən diqqət və qayğıya görə şəhidlərimizin valideynləri və qazimiz ailə üzvləri adından öz minnətdarlıqlarını bildirmişlər.