YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

 Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan bəhs edib. YAP Laçın rayon təşkilatı tərəfindən rayonun Kalafalıq kənd sakini Vətən Müharibəsi iştirakçısı, qazi Süleymanov Hüseyn Kamal oğlunun problemləri dinlənilib və həlli istiqamətində işlər görülüb.

 Görüşdə çıxış edən qazi Süleymanov Hüseyin Kamal oğlu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən ətraflı danışıb və öz minnətdarlığını bildirib.