YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cənablarının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin ən başlıca vəzifəsi çəhid ailələrinin və müharibə əlillərinin sosial ehtiyaclarının yüksək səviyyədə təmin edilməsidir. Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin prioritet vəzifəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, fevralın 25-də Prezident İlham Əliyevin Ramana qəsəbəsində bütün zəruri sosial infrastrukturla təchiz olunmuş 1512 mənzildən ibarət, 30 binadan ibarət yaşayış kompleksində şəhid ailələrinə və müharibə əlilərinə mənzillərin təqdim olunması mərasimində iştirak etmişdir. Bu yaşayış kompleksinin istifadəyə verilməsi, həyata keçirilən geniş miqyaslı sosial layihənin bir hissəsidir. Yaşayış kompleksinin ərazisində 1200 şagird yerli məktəb, uşaq baxçası inşa olunub. Yaşayış üçün bütün imkanlar yaradılmışdır. Müharibədən cəmi üç ay keçib, ancaq çəhid ailələri və müharibə əliləri üçün artıq müsir tələblərə cavab verən yaşayış kompleksi istifadəyə verilib. Cənab Prezident İlham Əliyev tərəfindən cari ilin yanvar ayında imzalanan Sərəncamla təsdiq olunmuş Dvlət Proqramlarına əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil , habelə fərdi evlə təmin ediləcək.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev şəhid ailələrinə və müharibə əlilərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı qeyd etmişdir ki, “Dövlət şəhid ailələri, müharibə əliləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə grüşmüşəm. Bu günə qədər 9200- yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək”. Qeyd olunub ki, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir.

Deputat qeyd edib ki, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən bu günə qədər lazımi köməkliklər göstərilib və bundan sonra da götəriləcək: “Qazilərə tibbi yardım və reabilitasiya xidməti əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki rablitasiya mərkəzində də göstəriləcək. Bu mərkəzdə minlərlə qazi hər il müalicə alaraq reablitasiyadan keçərək, öz sağlamlıqlarını bərpa edəcəklər. Müharibə dövründə, əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib. 300-dən çox qazi bu protezlərlə təmin olunacaq. Ayaqlarını itirən qazilərimizin bir hissəsi bu protezlərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi sahəsində həyata keçirilən bütün bu tədbirlər göstərir ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir və bundan sonra da belə olacaq”.

DİGƏR Xəbərlər Arxiv