YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriyalı alim: Erməni ekstremizmi nəticəsində İslamın itkiləri dəfələrlə böyük olub

Məşhur avstriyalı alim, tarixçi və etnoqraf Erix Fayql erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədov bildirir ki, Erix Fayql kitabında yazıb: "Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Ermənistanda yaşayanlardan daha radikal və sərt mövqedədirlər".

E.Fayql kitabında qeyd edib ki, erməni ekstremizmi nəticəsində İslamın itkiləri dəfələrlə böyük olub: "Lakin bu günə kimi heç kəs erməni terrorçularının təhriki ilə baş tutan iğtişaşlardakı müsəlman qurbanlarının taleyi haqqında soruşmur".