YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın indiki müdafiə naziri Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib

«Ermənistanın müdafiə naziri  Seyran Ohanyan  hərbi canidir. Seyran Ohanyan 366-cı alayda bölük komandiri olub və Azərbaycan torpaqlarının işğal edilməsində hərbçi kimi iştirak edib». Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistanın indiki  müdafiə naziri Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. Onun sözlərinə görə, zaman gələcək Seyran Ohanyan öz törətdiyi vəhşiliklərə görə məhkəmə qarşısında cavab verəcək.

«Hazırda Ermənistan cəmiyyətində hökm sürən gərginlik, məhz Azərbaycanın və Azərbaycan ordusunun qüdrətindən xəbər verir. Artıq düşmən küncə sıxılıb. İqtisadiyyatı dağılmış, siyasəti iflasa uğramış bir dövlət bu gün güclü Azərbaycan qarşısında tab gətirə bilməz. Bu gün təmas xətti Azərbaycan ərazisindədir. Erməni tərəfi daima atəşkəs rejimini pozaraq Azərbaycan ordusunu da məcbur edir ki, onlara cavab versinlər. Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etmək üçün təkcə müdafiə olunmayacaqdır. Ən yaxşı müdafiə hücumdur»- deyə, E.Məmmədov qeyd edib.