YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir

«2015-ci ilin “Kənd təsərrüfatı” ili elan edilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncam ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğunu bir daha təsdiqləyir». Bu fikri Milli Məclisin İqdisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatla məşğul olanların 40 faizə yaxını kənd təsərrüfatında çalışır.

«Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcud olduğundan, bu sahənin böyük potensialı var. Həmin potensialı işə salmaqdan ötrü dövlət bir sıra tədbirlər həyata keçirir. Fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad ediliblər. Son illər bu sahədə ciddi irəliləyişlər olsa da, Azərbaycan özünə lazım olan ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir. Ona görə də, kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması və əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra eksportumuzun vacib sahələrindən birinə çevrilməsi günün tələbinə çevrilib. Son illər bu sahəyə qoyulan sərmayələr artır, iri təsərrüfatların yaradılması hesabına bu sahədə əmək məhsuldarlığının artırılması istiqamətində məqsədyönlü işlər gedir. Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamı həmin işlərə sistem xarakteri verilməsi və yeni mərhələyə daşınmasına impuls verəcəkdir. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində irəliyə doğru çox mühüm addım olacaq»- deyə, Ə.Məsimli qeyd edib.

DİGƏR Xəbərlər Arxiv