YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan Ordusu döyüş meydanında Xocalı soyqırımının qisasını aldı

Kamilə Əliyeva

Milli Məclisin deputatı

İnsanlıq faciəsi qurbanlarının 29-cu il dönümüdir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdilər. Bu həm də bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir cinayət idi. 600-dən çox dinc əhalini, körpə uşaqları, qadınları, qocaları amansızlıqla qətlə yetirmək insanlıqdan uzaq bir vəşilik idi.
Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan və sonradan Ermənistanda prezident seçilən Sarkisyan bu soyqırımını onlar tərəfindən törədildiyini etiraf etdi. Təəsüflər olsun ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu soyqırımına hüquqi qiymət verilmədi. Bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmadılar. Deməli, dünyada ikili standartlar hələ də mövcuddur, beynəlxalq hüquq lazımi şəkildə fəaliyyət göstərmir. Belə olmasaydı bu cinayəti törədənlər hələ də azadlıqda olmazdılar.
Ermənistan dövləti 30 ilə yaxın Azərbaycan torpağı olan Dağlıq Qarabağ və 7 rayonumuzu işğal altında saxlayırdı. Baxmayaraq ki, bu işğala son qoymaq üçün BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcud idi.Lakin Ermənistan bu qətnamələri icra etməkdən imtina edirdi və sanki bütün dünyaya meydan oxuyurdu. Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü.
Ötən ilin sentyabrın 27-də Azərbaycan Ordusu prezident Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında 44 gün ərzində işğal altında olan bütün torpaqlarımızı işğaldan azad etdi. Müharibə dövründə Azərbaycan Ordusu ermənilərin yaşadığı mülki evlərə, binalara, sosial obyektlərə bir dənə də olsun güllə atmadı. Ermənilər isə öz köhnə xislətlərindən əl çəkmədilər. Cəbhə xəttindən 10 kilometrlərlə uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, gədim Bərdə şəhərini də qadağan olunmuş raketlər ilə atəşə tutdular. Şəhərin dinc əhalisini, körpələri, qadınları qətlə yetirdilər, yeni bir vəhşilik törətdilər. Ermənilər bununla da Azərbaycanlılara qarşı yeni bir soyqırım aktı törətdilər. Azərbaycan Ordusu Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın etdi, Xocalı soyqırımının və qətlə yetirilmiş və şəhid olmuş insanlarımızın qisasını aldı.
Işğal zamanı ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarımızı və kəndlərimizi yerlə yeksan etmişdilər. Bir dənə də olsun salamat ev qalmamışdır. Sanki bu yerlərdən vəhşi tayfa keçmişdir. Biz bütün beynəlxalq təşkilatları, ölkəmizdə olan dövlətlərin səfirliklərinin nümayəndələrini bu yerlərə dəvət etdik. Ermənilər tərəfindən törədilmiş bütün bu vəhşilikləri öz gözləri ilə gördülər. Reallıqları öz gözləri ilə görmək üçün bütün dövlətlərin nümayəndələrini Azərbaycana dəvət edirik.
Artıq Azərbaycan dövləti bu vəhşilikləri çəkərək bütün beynəlxalq qurumlara göndərmiş, törədilmiş bu cinayətlər barədə beynəlxalq məhkəmələrə müraciət etmişdir. Ümüd edirik ki, beynəlxalq hüquq bu dəfə bu cinayətlərə göz yummayacaq, cinayətkarlar layiqli cavablarını alacaqlar.
Biz bütün dünyaya bizi müdafiə edin demirik, deyik ki, haqqın-ədalətin tərəfində durun. İnsanlığa qarşı cinayət törədənlər layiqli cavablarını alsınlar ki, bir daha heç kim bu cür bəşəri cinayətlər törətməyə cürət etməsin.